Nəqliyyat üzrə koordinator

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 29.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin nəqliyyat xidmətinin təşkili və avtomobillərin idarə edilməsinə nəzarət
  • Şirkətə məxsus avtomobillərin sığorta (icbari/kasko), servis yoxlanışları, texniki baxış və DYP qeydiyyat işlərinin icrası
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin etmək, həmçinin, nasazlıqların yaranma səbəblərini, texniki nasazlıqlar səbəbindən baş vermiş qəzaları və yol nəqliyyat hadisələrini təhlil etmək və aktlar tərtib etmək
  • Şirkətə məxsus olan köhnələnmiş vasitələrin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsi;
  • İcarədə olan texnikanın saz və tam yararlı vəziyyətdə olmasını yoxlamaq 
  • Nəqliyyat vasitələrinin idarəedilməsi üçün etibarnamələrin təşkil edilməsi və uçotunun aparılması
  • Dövri yanacaq sifarişlərinin təmin edilməsi və istifadəsinə nəzarət
  • Ölkə daxili ezamiyyələr zaman nəqliyyat kordinasiyanın təşkili

Tələblər:

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Müvafiq sahəsində 1-3 il iş stajı 
  • Ezamiyyə getmək imkanı

 

Email:  [email protected]