Kommersiya xidmətlərinin alınması üzrə mütəxəssis

  • Logistik Şirkət
  • Elanın qoyulma tarixi: 28.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhtəlikləri:

  • Bütün fəaliyyətin effektivliyini və qiymətləndirilməsini təmin etmək  bacarığı və iş aktivliyinin yüksəlməsi üçün təlim və təhsillərin keçirilməsinin təklifini vermək;
  • Qiymətləndirmə hesabatlarını statistika ilə əlaqələndirərək nəticələrini müntəzəm olaraq bölüşdürülməsi və təkmilləşdirməsi üçün sahələri müəyyənləşdirmək ;
  • Yaranacaq qüsurları və problemləri qiymətləndirmək, təkmilləşdirməsi üçün tədbirlər aparmaq ;
  • Təyin olunmuş müştərilərlə aylıq üzləşmələrin həyata keçirilməsi, müştərilərlə qarşılıqlı hesablaşma, yekun razılaşdırılmış hesabatların üzləşmə aktlarının bağlanması üçün mühasibatlıq şöbəsinə göndərmək;
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin yoxlanıb xərclərin hansı müştəriyə aid olduğunun müəyyənləşdirməsində, Cəmiyyətin proqram təminatına və müştərilərə göndərilən hesabata daxil edilməsini təmin etmək;
  • Aylıq, rüblük və illik görülən işin nəticəsi haqqda rəhbərliyə hesabat vermək ;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək;
  • Xidmət göstərənlər tərəfindən  göndərilən sənədləri yoxlamaq və üzləşdirmək;
  • Müştəri məlumatlarının dəqiqliyi və bütövlüyünün düzəldilməsi təşəbbüskarlığını etmək;
  • Satış bloku üçün kalkulyatoru hazırlamaq  və təkmilləşdirmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.

Namizədə qarşı tələblər:

  • Təhsil: Ali təhsil;
  • Sahə üzrə kurslarda və təlimlərdə iştiraka dair sertifikatların olması;
  • İş təcrübəsi: Satış və kommersiya sahəsində 5 ildən çox təcrübə, idarəedici vəzifəsində isə minimum 3 il;
  • Yaş həddi: 30 - 45 yaş arası;
  • Ümumi fərdi keyfiyyətlər: Məsuliyyətli, dürüst, etibarlı;
  • Funksional fərdi keyfiyyətlər: Analitik düşüncə, qərar vermə qabiliyyəti, obyektivlik, problem həll etmə, insanlarla mükəmməl ünsiyyət qurmaq;
  • İnformasiyanın toplanması, emalı, saxlanması və təhlili bacarıqlarına malik olmaq;
  • Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək;
  • Dil bilikləri: Azərbaycan dili  - əla Rus dili - əla, İngilis dili – yaxşı;
  • Kompüter proqramları: 1C və MS Office (Word, Excel, PowerPoint) – mükəmməl səviyyədə;
  • Şirkətin daxili qaydalarına, prosedurlarına, siyasətlərinə və təlimatlarına (Etik Davranış Qaydaları, Daxili İntizam Qaydaları, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.

İş şəraiti:

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi sığorta ilə təmin olunma;
  • Əmək haqqı: müsahibə əsasında təyin edilir.
  • Mobil telefon və koorporativ mobil nömrə.

Ünvan: Bakı şəhəri,

Müraciət üçün son tarix: 10 aprel, 2023-cü il

Email: [email protected]