Əməliyyat üzrə mütəxəssis

  • Logistik Şirkət
  • Elanın qoyulma tarixi: 18.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil
  • Rus  dili və İngilis dili üzrə sərbəst biliklər,
  • Müvafiq sahə üzrə  iş təcrübəsi olanlara üstünlük veriləcək
  • Microsoft Office proqramlarından istifadə bacarığı 

Vəzifə öhtəlikləri:

  • Sərhəd keçid stansiyalarından keçən bütün yüklərin, idxal, ixrac, tranzit, dəhliz rejimində keçən konteynerlərin vaxt tariflərinin hesablanması və nəzarətini təmin etmək.
  • Vaqon-platformaların hərəkət marşurutlarına uyğun olaraq, yerləşdiyi yeri müəyyən etmək üçün sərhəd-keçid stansiyaları, “ADY“ QSC-nin və digər dövlətlərin dəmir yollarının müvafiq qurumları ilə elektron əlaqələrin yaradılması və müntəzəm olaraq, lazımi məlumatların əldə edilməsi;
  • Aylıq və rüblük yük daşıma dövriyyəsinin müəyyənləşdirməli. 
  • Yük dövriyyəsini və yük göndərənlər üzrə vaqon bölgüsünün aparılmasını və daşımalarının operativ təşkili üçün vaqonların ayrılmasını təmin etməli;
  • Vaqonun hərəkət marşurutu üzrə təlimatın (instruksiya) hazırlanması və vaqonun təyinat stansiyasından sonrakı hərəkətini reallaşdırmaq üçün hazırlanmış təlimatın (instruksiyanın)  vaxtında yük alana və ya ekspeditora göndərilməsini təmin etməli;
  • Vaqon-platformaların texniki vəziyyətinin müntəzəm yoxlanmasının və onların daşınmaya tam yararlı vəziyyətdə olmasının təmin etməli;
  • Vaqonların texniki vəziyyəti ilə bağlı  məlumat və göstəriciləri əks etdirən qrafik-cədvəlin yaradılması və vaqonların texniki vəziyyətinin nəzarətdə saxlamalı;
  • Dəmiryolu nəqliyyatı ilə daxili və beynəlxalq daşımalarda daşınma sənədlərinin hazırlanması;
  • Azərbaycan dəmiryolu ərazisində vaqonların qeydiyyat stansiyaları üzrə bölüşdürülməsi və vaqon tədarükünün təşkili ilə əlaqədar işçi vaqon parkının yaradılması.

İş şəraiti:

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi sığorta ilə təmin olunma;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

 

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (Əməliyyat üzrə mütəxəssis) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək göndərin.

Hörmətli iş axtaran yoldaş, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəzifənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

Email: [email protected]