Biznes proseslərin idarəedilməsi üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznes proseslərin mövcud və arzu olunan vəziyyətini sənədləşdirmək üçün proses xəritələri (axış diaqramları), məsuliyyət bölgüsü (RACİ) matrisləri və digər zəruri sənədlərin hazırlanmasını təşkil etmək
  • Şirkətin fəliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin-siyasət, qayda və təlimatların müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasını təşkil etmək
  • Biznes proseslərin monitorinqini həyata keçirmək və qüsurları müəyyən edərək aradan qaldırılması üçün təkliflər hazırlamaq, Biznes proseslərin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq biznes prosesləri təhlil etmək
  • Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək, müvafiq sənədlərlə bağlı reysterdə qeydiyyat aparmaq
  • Mütəmadi yoxlamalar aparmaqla biznes proseslərin təsdiq edilmiş qaydalara uyğun formada icra olunmasına nəzarət etmək

Tələb:

  • Ali təhsil (Maliyyə, İdarəetmə, İqtisadiyyat)
  • Azərbaycan dili, İngilis dili və Rus dili
  • Sahə üzrə 3 ildən çox iş təcrübəsi
  • MS Office proqramları, MS Visio
  • Risklərin idarəedilməsi üzrə nəzəri biliklər
  • Biznes prosesləri üzrə nəzəri biliklər
  • Təhsil və Peşə sertifikatları arzuolunandır
  • Şirkətin daxili normativ sənədlərin tərtibi üzrə yüksən praktiki və nəzəri biliklər

İş rejimi:

  • İş yeri – Bakı şəh., Yasamal ray., Hüseyn Cavid pr.198, Mirvari Park yaşayış kompleksi
  • İş günləri – həftənin 5 günü
  • İş qrafiki – 09:00 – 18:00

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Biznes proseslərin idarəedilməsi üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.

Email: [email protected]

İşəgötürənin reytinqi