Maliyyə üzrə baş mütəxəssis

  • Buta Group
  • Elanın qoyulma tarixi: 17.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında:

İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71

İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq 

Vəzifə öhdəlikləri:

  • Müəssisənin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatları toplamalı və analiz etməli;
  • Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
  • Mühasibat uçotunda əks olunmuş əməliyyatların aylıq monitorinqi və təhlili;
  • Nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, nağd vəsaitlər üzə digər tələb olunan hesabatların hazırlanması;
  • Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək;
  • Müəssisəyə aid balanslara maliyyə nəzarəti və yoxlanışların edilməsini təmin etmək; 
  • Faktiki maliyyə nəticələrinin büdcəyə görə təhlil edilməsi; 
  • Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
  • Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi, maliyyə riskinin müəyyən edilməsi;
  • Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
  • Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
  • Dövlət orqanlarına təqdim edilən hesabatlara nəzarət etmək.

Təhsil və iş təcrübəsi:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq)-sahə üzrə ACCA sertifikatları (minimum F7 - Financial Reporting) və ya ekvivalent sertifikatlar
  • Sahə üzrə ümumi 5 il iş təcrübəsi, xüsusilə maliyyə nəzarəti, xərclər üzrə minimum 3 il  iş təcrübəsi

Bacarıq və səriştələr:

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər;
  • Mühasibat uçotunun hesablar planı ilə işləmə bacarığı (yüksək səviyyədə);
  • MS Office proqramları (Excel – yüksək səviyyədə, formullar və funksiyalar ilə səlis işləmə bacarığı), “1C 8.3 Mühasibatlıq” proqramında işləmə bacarığı (yaxşı səviyyədə);
  • Güclü analitik bacarıqlar;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;

Müraciət qaydası-Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Maliyyə üzrə baş mütəxəssis” qeyd etməyi unutmayın.

Email: [email protected]