Partnyorlarla iş üzrə mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
  • Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
  • Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;
  • Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi, lazımi dəstəyin göstərilməsi, satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması;
  • Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.
     

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Cəlbetmə və satış bacarığı;
  • Məsuliyyətlilik, operativlik.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 fevral 2023-cü il tarixinədək emailin mövzu hissəsində Partnyorlarla iş üzrə mütəxəssis qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

İşəgötürənin reytinqi