Aparıcı auditor

İşin təsviri

Öhdəliklərin təsviri:

  • Təsdiq olunmuş İllik audit planına əsasən  audit layihələrinin və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək;
  • Audit layihəri üçün iş proqramının hazırlanmasında iştirak;
  • Audit layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək; 
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədləri hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək.

Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:

  • İqtisadi (maliyyə, mühasibatlıq, audit və s.) və ya hüquqi sahədə ali bakalavr təhsili;
  • Müvafiq audit sahəsi üzrə 2 ildən artıq iş təcrübəsi 
  • CIA / CFSA / ACCA / CPA / CIMA / / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək;

Tələb olunan bacarıqlar:

  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sahə üzrə biliklərin və beynalxalq audit standartları üzrə anlayışların olması; 
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Təqdimat və yazı bacarığı;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Aparıcı Auditor” qeyd olunmalıdır;
  • CV-lər 10 aprel, 2023-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Email: [email protected]

PASHA Management Company tərəfindən digər vakansiyalar