İşin təsviri
                
                
                                
                Öhdəliklərin təsviri: 
	- Təsdiq olunmuş İllik audit planına əsasən audit layihələrinin və xüsusi audit layihələrin həyata keçiririlməsinə rəhbərlik etmək;
 
	- Audit layihələri üzrə komanda işini vaxt və keyfiyyət baxımından effektiv təşkil etmək;
 
	- Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının müəyyənləşdirilməsini təmin etmək və icrasına nəzarət etmək;
 
	- Audit layihəsi çərçivəsində audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.); 
 
	- Audit layihələri üzrə aşkarlanmış çatışmazlıqlara dair audit obyektlərinin struktur bölmə rəhbərləri ilə müzakirələr aparmaq;
 
	- Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
 
	- Audit layihəsi çərçivəsində vəzifəcə aşağı əməkdaşların işinə nəzarət etmək.
 
	- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
 
	- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək.
 
	- Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
 
	- Nəzarətində olan əməkdaşlara təlim keçmək və ya təşkil etmək.
 
Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:
	- İqtisadi (maliyyə, mühasibatlıq, audit və s.) və ya hüquqi sahədə ali bakalavr təhsili;
 
	- Müvafiq audit sahəsi üzrə 4 ildən artıq iş təcrübəsi;
 
	- CIA / CFSA / ACCA / CPA / CIMA / CFE / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək;
 
Tələb olunan bacarıqlar:
	- Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sahə üzrə biliklərin və beynalxalq audit standartları üzrə anlayışların olması; 
 
	- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
 
	- Təqdimat və yazı bacarığı;
 
	- İdarəetmə, rəhbərlik bacarıqlarına sahib olmaq;
 
	- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları) ilə işləmək bacarığı;
 
	- Ezamiyyələrdə iştirak etmək imkanı;
 
	- Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.
 
 
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
	- CV-lər e-mail ünvanına göndərilməlidir;
 
	- Mövzu sətrində “Daxili audit üzrə Qrup Rəhbəri” qeyd olunmalıdır;
 
	- CV-lər 10 aprel, 2023-cü il tarixinə qədər göndərilməlidir.
 
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.
Email: [email protected]