İşin təsviri
                
                
                                
                Namizədə olan tələblər:
	- Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat);
 
	- Yaş: 22 – 35
 
	- Cins: Kişi
 
	- Dil biliyi: Azərbaycan dili (səlis); Rus dili (üstünlükdür)
 
	- Sahə üzrə 2-3 il iş təcrübəsi;
 
	- MS Office (xüsusilə MS Excel) əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
 
	- Micro ERP proqramı üzrə işləyə bilməli;
 
	- Təftiş maliyyə və satış işinin əsaslarını, o cümlədən bu işin nəzəriyyəsini və təcrübəsini bilməli;
 
	- Müəssisənin fəaliyyət istiqamətlərini, struktur quruluşunu, inkişaf strategiyasını bilməli;
 
	- Əməyin mühafizəsi normalarını və korporativ mədəniyyət kodeksini bilməli;
 
	- İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını bilməli;
 
	- Ezamiyyə imkanları olmalı;
 
	- Sürücülük kateqoriyası BC;
 
	- Şəxsi Avtomobili olmalı; 
 
Vəzifəyə olan tələblər:
	- Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
 
	- Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və raportlanması;
 
	- Ərazilərdə inventarın yoxlanılması və raportlanması;
 
	- Satış nöqtələri üzrə borc qalıq raportunu təhlil etmək;
 
	- Yeyintilərin olmaması üçün marşurut rutu üzrə mütamadi olaraq bütün SN-lərə baş çəkərək pulların ödəniş qaydaları haqqında təbliğat aparmaq;
 
	- Sənəd dövriyyəsinə uyğun bütün hesabatları vaxtında şöbə müdirinə təqdim etmək;
 
	- İllik sayımlarda iştirak etmək;
 
	- Birbaşa tabe olduğu müdir tərəfindən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi:
 
İş şəraiti:
	- Həftə içi 6 gün  09:00-dək - 18:00-dək
 
	- Əmək haqqı- razılaşma yolu ilə
 
Qeyd: Yanacaq və amortizasiya xərci şirkət tərəfindən qarşılanır.
Maraqlanan namizədlər öz CV formasını mövzu yerinə Audit köməkçisi - Təftiş yazaraq mail ünvanına göndərə bilərlər.
Email:  [email protected]