İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri və iş barədə məlumat:
	- Şirkət daxili hüquqi sənədlərin hazırlanması.
 
	- Məktublara cavabların hazırlanması. 
 
	- Müraciət və ərizələrin hazırlanması.
 
	- Müqavilələrin hazırlanması, yoxlanılması, eləcə də müqavilənin bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək
 
	- Zəruriyyət olduqda şirkəti məhkəmədə, dövlət orqanlarında və üçüncü şəxslər qarşısında təmsil etmək.
 
	- Şirkətin fəaliyyətinə aid məsələləri tənzimləyən normativ hüquqi aktlarda baş verən dəyişikliklər barədə şirkətin müvafiq şöbələrinə məlumat vermək.
 
Namizədə dair tələblər:
	- Ali hüquq təhsili
 
	- Ən azı 3 il hüquqşünas kimi iş təcrübəsi
 
	- Kompüter biliyi 
 
	- Kompüterdə sürətlə yazmaq qabiliyyəti
 
	- Gərgin iş şəraitində işləmək bacarığı
 
	- Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
 
	- Təşkilati bacarıqlar;
 
	- Yazılı və şifahi ünsiyyət bacarığı;
 
	- Etik davranış qabiliyyəti;
 
	- Səbrli və məsuliyyətli olmalı.
 
Əlavə məlumat:
	- İş qrafiki: Növbəli qrafik əsasında 5 günlük iş həftəsinə uyğun olaraq müəyyən edilir. Bundan başqa, namizədə öz məhkəmə proseslərində iştirak üçün şərait yaradılır.  
 
	- Əməkhaqqı:1500-1700 AZN 
 
CV-lərinizi [email protected] ünvanına "hüquqşunas" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.