Vergilər üzrə Mütəxəssis

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 10.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Qaradağda yerləşən zavod ofisi 

Tələblər:

  • Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil 
  • AR Vergi Məcəlləsi üzrə biliklər
  • Vergi elektron baza sistemi ilə bağlı biliklər
  • Vergilərlə bağlı əlaqədar sahə üzrə  2 ildən artıq iş təcrübəsi 
  • İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
  • Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
  • SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Davamlı inkişaf
  • Bütövlük
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma

Vəzifə və Öhdəliklər:

  • Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
  • Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
  • Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
  • Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
  • Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi
  • Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması. 
  • Vergi hesablamalarının və ödəmələrinin  şəxsi hesab vərəqəsi ilə uzlaşdırılması.
  • Vergi hesablamalarının və ödəmələrinin ERP sistemində uçotunun aparılması
  • Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
  • Elektron qaimələrin dövrü olaraq yoxlanılması, reyestrə daxil edilməsi
  • Vergi məqsədləri üçün Əsas Vəsaitlərin uçotunun aparılması və reyestrə daxil edilməsi
  • Vergi və digər büdcə orqanı ilə yazışmaların və sənəd dövriyyəsinin kargüzarlığı
  • Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət.

Qeyd:  Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 17.03.23

Email: [email protected]  

İşəgötürənin reytinqi