Təchizat üzrə mütəxəssis

  • Orion Consulting
  • Elanın qoyulma tarixi: 10.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Sifarişlər əsasında düzgün bazar araşdırması etmək,
  • Ehtiyatların miqdarına nəzarət etmək,
  • Analiz apararaq düzgün satıcını seçmək,
  • Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək,
  • Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək,
  • Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək, 
  • Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək,
  • Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək.

Namizədə tələblər:

  • Bakalavr təhsili
  • MS Office bilikləri
  • Rus və ingilis dillərini bilməsi üstünlükdür
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı,
  • Komandada işləmək bacarığına malik olmalı
  • Tikinti sahəsində minimum 3 il iş təcrübəsi
  • Təmir və tikinti sektorları üzrə, o cümlədən inşaat, elektrik, mexaniki,  təsərrüfat məhsullarının əsas təchizatçıları üzrə vendor bazasına sahib olmaq

Əmək haqqı: Razılaşma yolu ilə

Maraqlanan şəxslər CV-lərini mövzu yerinə "Təchizat üzrə mütəxəssis" qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.