Tender üzrə mütəxəssis

  • Orion Consulting
  • Elanın qoyulma tarixi: 23.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanmasını təmin etmək;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
  • Tenderlər zamanı şirkəti təmsil etmək;
  • Xarici şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək;
  • Tender prosesisini icra etmək və nəzarətdə saxlamaq ;
  • Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq

Namizədə tələblər:

  • Bakalavr təhsili
  • MS Office bilikləri
  • Rus və ingilis dillərini bilməsi üstünlükdür
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı,
  • Komandada işləmək bacarığına malik olmalı
  • Minimum 1 il iş təcrübəsi

Əmək haqqı: Razılaşma yolu ilə

Maraqlanan şəxslər CV-lərini mövzu yerinə "Tender üzrə mütəxəssis" qeyd edərək [email protected]   elektron ünvanına göndərə bilərlər.