Marketinq üzrə kiçik mütəxəssis

  • Group Motors
  • Elanın qoyulma tarixi: 09.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliklər:

  • Satış salonların vəziyyətinə nəzarət;
  • Müdiriyyətin xırda tapşırıqlarının yerinə yetirilməsi (sənədlərin skan edilməsi, məktubların göndərilməsi və s);
  • Rəqiblərin avtomobil, ehtiyat hissələri və  reklamlarının dövri araşdırması;
  • Sosial şəbəkə səhifələrinə nəzarət;
  • Avtomobil sahələr üzrə xəbərlərin izlənilməsi;

Sorğular:

  • Şirkətin internet səhifələrin yoxlanılması;
  • Rəqiblərin internet səhifələrin yoxlanılması;
  • Saytlarda qiymətlərin aktuallağına nəzarət.
  • Satış üzrə yeni təklif və ideyaların irəli sürülməsi;
  • Yeni idea və təkliflərin hazırlanması;
  • Sosial şəbəkə üzrə xüsusi kontent (post) mövzularının həftəlik qrafikinin qurulması və markaya uyğun aylıq rubrikaların yaradılması;
  • Sosial şəbəkələrdə markanın rəsmi səhifə istifadəçilərinin şəbəkədən istifadə etmə vaxtlarının və buna uyğun olaraq xüsusi mövzularda postların gündəlik yerləşdirilmə zamanlarının müəyyən edilməsi;
  • Sosial şəbəkə üzərindən müştəri məmnuniyyətinin yaradılması;
  • Şirkətin bütün əməkdaşları ilə bütün vəziyyətlərdə sıx əlaqədə olaraq aidiyyatı məsələlərin həllində yaxından köməklik göstərilməsi;
  • Proseslərin daima inkişafı üçün lazımi imkanların müəyyən edilməsi və dəstəklənməsi;
  • Marketinq şöbəsi daxilində prosesləri və qaydaları başa düşməli və bunlara riayət edilməsi;
  • Şöbənin inkişafı üçün daima yeni təkliflərin irəli sürməsi;
  • Marketinq şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
  • Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Namizədlərə tələblər:

  • Satış/Marketinq sahələrində minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə peşəkar bacarıq, Reklam platformalarında (Meta, Google Ads və s.) işləmə bacarığı;
  • Ali təhsil (Orta);
  • Azərbaycan və Rus dilləri, İngilis dilinin bilməsi üstünlükdür;
  • Analitik təhlil bacarığı;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
  • Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Marketinq üzrə kiçik mütəxəssis" qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.

Email: [email protected]