Satış Şöbə Müdiri

  • ATS Food
  • Elanın qoyulma tarixi: 04.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş məkanı: Sumqayıt 

Müraciətin son günü: 31 Mart 2023-cü il

Tələblər:

  • Təhsil səviyyəsi:Ali təhsil: iqtisadiyyat, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır)
  • İş təcrübəsi: Satış sahəsində minimum 10 il, o cümlədən idarəetmə sahəsində minimum 3 il iş 
  • Dil bilikləri: Azərbaycan dilində səlist danışmalı, rus və ingilis dillərini bilməsi üstünlükdür
  • Komputer biliyi: MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə, 

Vəzifədən gözləntilər:

  • Supervayzer və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirmək və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləmək;
  • Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olmaq və rəhbərlik etdiyi satış  komandası ilə bu barədə müzakirələr aparmaq;
  • Müştəri bazasını təkmilləşdirmək və yeni məhsulları təbliğ etmək;
  • Potensial müştərilər ilə əlaqə qurmaq, görüşlər keçirmək;
  • Bazar araşdırmalarını aparmaq, yeni təkliflər vermək;
  • Araşdırmaların aparılması üçün iş planları və proqramları hazırlamaq;
  • Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə satış heyətinin mütamadi iştirakını təmin etmək;
  • Satış departamenti üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
  • Yeni satış metodologiyaları və texnikalarını tətbiq etmək və inkişaf etdirmək;
  • Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulmasını təşkil etmək;
  • Müştəri məmnuniyyətini yüksək saxlamaq üçün daxil olan şikayət və təklifləri toplayıb Marketinq şöbəsi ilə əlaqələndirmək, şikayət və təklifləri analiz etmək;
  • Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək; 
  • Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
  • Ərazı bölgüsü siyasətini aparmaq;
  • Satış planlarının bölgüsü yerinə yetirmək;
  • Uğurlu nəticələr əldə edərək komanda işinə öz töhvəsini vermək;
  • Rəhbərliyin satışa aid bütün tapşırıqları yerinə yetirmək;

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • Münaqişənin idarəedilməsi
  • Satış Yönümlülük
  • Analitik Düşünmə, analiz etmə, diqqətcillik
  • Problemləri həll etmə
  • Planlama və Təşkilatçılıq
  • Bazar, rəqabət, fürsət və təhlükələri görmə
  • İnandırma və təqdimat qabiliyyəti
  • Təmsil etmə
  • Təsiretmə bacarığı
  • Risklərin idarəedilməsi
  • Ofis Proqramı bilikləri
  • Merçendayzinq

Təkliflərimiz:

  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Təmin edilir
  • Nahar: Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı "Satış Şöbə Müdiri" qeyd olunmaqla, göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.