İşin təsviri
Hansı özəlliklərə malik olmalıdır?
- 22-28 yaş aralığında gənclər;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsinə malik şəxslər;
- Yüksək səviyyədə azərbaycan və rus dili;
- Yüksək şifahi və yazılı ünsiyyət qabiliyyəti;
- Kreativ yanaşma;
- Analiz etmə və araşdırma qabiliyyəti.
Rəqəmsal marketinq üzrə mütəxəssis nə iş görür?
- Rəqəmsal marketinq planı və büdcəsinin hazırlanması;
- SEO/SEM, website, onlayn satış, marketinq məlumat bazası, e-poçt, sosial media və display reklam kampaniyaları daxil olmaqla bütün rəqəmsal marketinqin planlaşdırılması və icrası;
- Müştərilərin sayta cəlbi üçün strategiyaların inkişaf etdirilməsi;
- Kampaniyaların effektivliyinə nəzarət edilməsi, əsas göstəriciləri və KPI-ların müəyyən edilməsi, təhlil edilməsi və təkmilləşdirmə istiqamətlərinin müyyən edilməsi;
- A/B testi və oxşar alətlərdən istifadə edərək müştəri seqmentlərinin və kanallarının effektivliyinin təhlil edilməsi;
- Rəqəmsal marketinq büdcəsinə nəzarət etmək və hər bir yerləşdirmə kanalı üçün maksimum effektivliyi təmin etmək (ödənişli media, mobil, sosial və SEO);
- Marketinq büdcəsinə əsasən Google, Facebook və İnstagram səhifələrində reklam kampaniyalarının yerləşdirilməsi və monitorinqi;
- Kampaniyaların nəticələrini və effektivliyinin təhlili və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatların hazırlanması;
- Məhsul və xidmət istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalların sınaqdan keçirilməsi;
- Ən son SEO təcrübələrini təhlili və tətbiqi;
- Verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi;
- İşin təşkili, rəhbərliyin əmr və tapşırıqlarını, öz işinə dair normativ aktları vaxtında və peşəkarlıqla yerinə yetirilməsi;
Əlavə məlumat:
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Rəqəmsal marketinq üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Email: [email protected]