B2B Satış üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat 

  • Şirkətin korporativ satış strategiyasını həyata keçirmək və inkişaf etdirmək;
  • Potensial müştəri şirkətlərlə əlaqə yaratmaq, görüşlər keçirmək və məhsullarımızı təqdim etmək;
  • Müxtəlif formatlarda təqdimatlar və təkliflər (PowerPoint və s.) hazırlamaq;
  • Mövcud müştəri bazasını genişləndirmək və satış dövriyyəsini artırmaq;
  • Satışın stimullaşdırılması üçün təkliflər vermək;
  • Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
  • Müştərinin sifarişinin mərhələlərinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
  • Şirkətin rəhbərliyinin satışla əlaqədar ona həvalə etdiyi layihələri idarə etmək və digər işləri görmək.
  • Bazar araşdırmaları aparmaq, yeni fürsətləri müəyyənləşdirmək;
  • Süni intellekt və onlayn alətlərdən effektiv istifadə edərək satış materiallarını hazırlamaq.

İş şəraiti

  • İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
  • Həftə içi 5 gün Saat 09:00 -18:00-dək 
  • Ünvan: SKS Plaza. Füzuli küçəsi 49
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq + artan bonus

Namizədə tələblər

  • Minimum 5 il korporativ satış sahəsində təcrübə; (B2B)
  • Yüksək ambisiya və hədəf yönümlü düşüncə 
  • Əla səviyyədə ədəbi Azərbaycan dili, əlavə olaraq rus və qismən ingilis dili biliyi;
  • Qısa zamanda keyfiyyətli kommersiya təklifləri hazırlamaq bacarığı;
  • Satış və təqdimat prosesində yüksək ünsiyyət və təqdimetmə qabiliyyəti;
  • İnternet axtarışlarında və süni intellekt vasitələrinin istifadəsində müasir yanaşma.
  • Ofis texnikası ilə işləmə bacarığı; (ofis proqramlarında işləmə bacarığı)
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Korporativ ünsiyyət bacarıqları
  • Nizam İntizamlı
  • Satış sahəsinin nəzəri və praktiki bilikləri

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.