İşin təsviri
İş barədə məlumat:
- Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək
- Əmək haqqlarının, məzuniyyətin, xəstəlik vərəqələrinin, son haqq-hesabların qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi
- Əməliyyatların 1C proqramına işlənilməsi
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ümumi satışlar üzrə elektron qaimə fakturaların yazılması və 1C proqramına işlənməsi
- Bank və kassa əməliyyatlarının icrası
Namizədə tələblər:
- Xanım mühasiblər
- Məsuliyyətli, dəqiq və peşakar
- Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə bilikləri
- MS Office, BTP və 1C 8.3 mühasibatlıq proqramından istifadə bacarıqları
- Yaş: 22 – 35 yaş
- Təhsil: Ali
- İş təcrübəsi: 2 il
İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00-dan - 18:00 -dək; Şənbə: 09:00-dan-13:00-dək;
Nahar vaxtı 13:00-14:00;
İstirahət günləri- Bazar;
Əmək haqqı – 600 AZN
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə [email protected] göndərə bilərlər.