Anbardar

  • GM Construction
  • Elanın qoyulma tarixi: 28.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Yüklərin (tikintidə istifadə olunacaq bütün növ mal - materiallar, avadanlıqlar və s.) anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etmək;
  • Anbara daxil olan yüklərin sənədlərlə uyğunluğunu yoxlamaq, həmçinin bütövlüyünə və sazlığına, qablaşdırmasına diqqət yetirmək;
  • Anbarda olan malların təsnifatına yığılmasını təşkil etmək;
  • Zəruri hallarda - yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında Baş anbardara məlumat vermək, yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək; 
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi təkliflər verir və sifarişin düzgün verilməsini izləyir;
  • Stok sayına nəzarət etməklə bitmək üzrə olan mal-materiallar barədə öncədən Təchizat şöbəsini məlumatlandırmaq;
  • Yükün tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli yüklər olacağı təqdirdə SƏTƏMM üzrə mütəxəssisi öncədən yükün qəbuluna cəlb etmək, belə yükləri onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
  • Daşıma şirkətinə məxsus olan paletlərin, konteynerlərin, yük torlarının, kəmərlərin, bərkidici halqaların və digər texnikanın tərtibatların qəbulunda, saxlanmasında və göndərilməsində iştirak etmək;
  • Digər anbarlara və yaxud tikintidə istifadəyə veriləcək malların sənədlərini yoxlamaq və təhvil verdikdən sonra təhvil-təslim sənədlərini rəsmiləşdirmək;
  • Yükün qəbulu və istifadəyə təhvili üzrə məlumatları proqram təminatındakı məlumat bazasına əlavə etmək; 
  • Tələb olunan müvafiq hesabatlar tərtib etmək;
  • Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək.

Tələblər:

  • Yaş həddi 30 – 55 yaş;
  • Müvafiq vəzifə üzrə azı  il iş təcrübəsi;
  • Ezamiyyələrə hazır olmalı;
  • Komandada işləmə və yüksək idarəetmə bacarığı;
  • Məsuliyyət və punktuallıq;
  • MS Office proqramında işləmə bacarığı.

İş şəraiti:

  • Əmək haqqı müsahibə əsasında  (800 – 1000 man) təyin ediləcək; 
  • Korporativ nömrə ilə təmin olunma;
  • İş rejimi: 6 günlük; 
  • İş yeri: Bakı şəhəri 

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.

Email: [email protected]