Baş mühasib

  • Azerlotereya
  • Elanın qoyulma tarixi: 28.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin məqsədi:

  • Şirkətin tələblərinə müvafiq olaraq mühasibatlıq və vergi fəaliyyətinə görə məsul olan qrupun idarə edilməsinə, eləcə də aşağıdakılara görə cavabdehlik daşıyır: 
  • Ümumi mühasibatlıq işi üzrə məsul işçilərin idarə edilməsi və onların işinə nəzarət, kreditor və debitor borcları kimi sahələrdə biznes proseslərinin koordinasiyası.
  • Sifarişçilərin ödənişləri, mühasibat hesabatları və layihələrin lazımı səviyyədə aparılması və təhvil verilməsininə dair nəzarət etmək.
  • Standart Mühasibatlıq Prosedurları (SAP) kimi güclü “mühasibat uçotu və hesabatvermə” strukturlarını inkişaf etdirmək və hesabat dövrünü bağlamağlanılmasına dair nəzarət və təmin etmək.
  • Əməliyyatları yerli vergi qanunvericiliyinə müvafiq olaraq idarə etmək, əməliyyatları qanunvericilik çərçivəsində təhlil etmək və vergi, habelə digər dövlət qurumları üçün bütün lazımı hesabatları (aylıq, rüblük, illik) düzgün və şəffaf  şəkildə hazırlanmasını təmin etmək.
  • Şirkət müqavilələrinin qüvvədə olan vergi qanunvericiliyi və mühasibatlıq standartlarına müvafiq olaraq əməliyyatların əsas təşkil edən sənədlərin yoxlanılması, bütün mühasibatlıq hesabatlarının nezarət edilməsi.

Vacib funksiyalar və əsas vəzifə öhdəlikləri:

  • Bank, mədaxil-məxaric, amortizasiya, əsas vəsaitlər, inventarlar, idarəetmə xərcləri, sığorta sənədləri və s. bu kimi mühasibatlıq sənədlərinin müntəzəm qaydada və vaxtında aparılmasını təmin etmək;
  • Şirkətin sığorta əməliyyatlarını həyata keçirmək və bütün ziyanların kompensasiya edilməsini təmin etmək;
  • Təchizatçılar və işçilər üçün ödəniş siyahılarının hazırlanmasına nəzarət etmək;
  • Təchizatçı və diler hesablarının yoxlanılıb nizama salınmasını təmin etmək;
  • Standart mühasibatlıq prosedurları (SAP) proqramında mühasibat hesabatlarının işlənib hazırlanmasını təmin etmək;
  • SAP proqramında ümumi mühasibatlıq proseslərinə nəzarət etmək;
  • Debitor borcları sistemlərini və avans sifarişlərini, o cümlədən bütün hesab-fakturaların qəbulunu, qaydaya salınmasını, təsdiqləmələr və hesab nömrələrinə görə yoxlamaq, bank köçürmələrinin aparılması və hesab-fakturaların ləğv edilməsi kimi işlərə görə cavabdeh olmaq; 
  • Fakturaya daxil edilən məlumatlar və debitor borcları, habelə satıcı şirkətlərdən toplanılan məbləğlərə görə cavabdeh olmaq;
  • SAP proqramında mühasibatlıq prinsiplərinə müvafiq olaraq aylıq, rüblük və illik hesabat dövrlərini bağlamaq və şirkətin hesabatvermə məqsədləri üçün mühasibatlıq fəaliyyətlərinin koordinasiyasını həyata keçirmək;
  • Korporativ xərclərin şirkətin sazişlərinə və fəaliyyətlərinə uyğun olmasına nəzarət etmək;
  • Qüvvədə olan vergi qanunvericiliyi və mühasibatlıq standartlarına müvafiq olaraq şirkətin müqavilələrinə nəzarət etmək;
  • Bütün əməliyyatların vergi qanunvericiliyinə müvafiq olaraq aparıldığını yoxlamaq və nəzarət etmək;
  • Mühasibatlıq əməliyyatlarının standartlara və vergi qanunvericiliyinə müvafiq olaraq aparılmasına nəzarət etmək;
  • Vergi, habelə digər dövlət orqanları üçün aylıq, rüblük, illik hesabatlar hazırlanmasını təmin etmək;
  • Vergi habelə digər dövlət orqanları ilə əlaqə saxlamaq.

İdarəetmə (Rəhbərlik) öhdəlikləri:

  • İşəgötürmə prosesində iştirak etmək, hədəfləri, inkişaf və təlim planlarını müəyyən etmək və tabeliyində olan işçilərin icra göstəricilərini qiymətləndirmək;
  • Tabeliyində olan işçiləri təlimatlandırmaq və onların daha yüksək iş göstəricilərinə nail olmaları və iş şəraitindən razı qalmaları üçün onları stimullaşdırmaq.

Ümumi öhdəliklər:

  • Tədqiqatlar, biznesin təkmilləşdirilməsi, şirkətin tədbirləri və s. fəaliyyətlərdə iştirak kimi çoxfunksiyalı tapşırıqları icra etmək; 
  • Şirkətin qayda və normalarına müvafiq olaraq fəaliyyət göstərmək;

Əsas əməliyyatlar:

  • Ödəniş əməliyyatları;
  • Sığorta əməliyyatları;
  • Ödəniş cədvəlinə nəzarət;
  • Hesab-fakturaların SAP sistemlərində qeydiyyata alınmasına nəzarət;
  • Hesabat dövrünün aylıq bağlanılması;
  • İşçilər üzrə xərclərin tənzimlənməsi;
  • İnventarların hesablanmasına nəzarət;
  • Əsas vəsaitlərin qeydiyyatı, amortizasiyası, sayımı;
  • Vergi və digər dövlət orqanları üçün hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin edilməsi;
  • Şirkət müqavilələrinin qüvvədə olan vergi qanunvericiliyi və mühasibatlıq standartlarına müvafiq olaraq idarə edilməsi

İcra göstəricilərinin ölçülməsi:

  • SAP sistemlərinin (o cümlədən SAP proqramında aparılan bütün mühasibatlıq işlərinin) inkişaf etdirilməsi; 
  • Yerli qanunvericilikdə nəzərdə tutulmuş müddətə uyğun olaraq, vergi və digər dövlət orqanları üçün hesabatların hazırlanması və təqdim edilməsi, habelə ödənişlərin həyata keçirilməsini təmin edilməsi;
  • Bütün vergi ödənişlərinin lazımı qaydada həyata keçirilməsini təmin edilməsi;
  • Şirkət müqavilələrinin qüvvədə olan vergi qanunvericiliyi və mühasibatlıq standartlarına müvafiq olaraq idarə edilməsi;
  • Aylıq hesabat dövrünün səliqə ilə və vaxtlı-vaxtında bağlanılması;
  • Şirketin inventarı ve əsas vəsaitlərin qeydiyyatı ve yoxlanılmasının nəzarəti;
  • Yerli qanunvericilik tərəfindən mühasibatlıq işinə dair müəyyən edilmiş qaydalara və şirkətin prosedurlarına müvafiq olaraq baş mühasibatlıq kitabı üzrə hesablara nəzarət; 
  • Ödəniş cədvəlinin təchizatçının hesab-fakturaları və satıcı şirkətlərlə sazişlər üzrə tutuşdurularaq yoxlanılması;
  • İşçilərin təkmilləşdirilməsi: 
  • İşçilərin elektron sənəd formalarının və hədəflər üzrə sazişlərin mövcudluğu;
  • İcra göstəriciləri və inkişafın nəzərdən keçirilməsi üçün kadrlar şöbəsinin prosedurlarına müvafiq olaraq keçirilən iclaslar; 
  • Təlim (treninq) planları və keyfiyyətin idarə edilməsi üzrə təlim proqramları, məs. əldə olunan nəticələr/verilən tövsiyələr əsasında görülən işlər, təsdiqləmənin vaxtında verilməsi və s.

Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Baş mühasib" yazmaqla [email protected]  e-poçt ünvanına göndərmələri xahiş olunur.  

İşəgötürənin reytinqi