Elektrik

İşin təsviri

İşiniz nələrdən ibarət olacaq?

  • Daha yüksək kvalfikasiyalı elektrik personalının rəhbərliyi altında istənilən avadanlığın sökülməsi və əsaslı təmirini həyata keçirmək;
  • Elektrik mühərriklərinin təmirdən sonra sazlanması və yoxlanmasını təmin etmək;
  • Müəssisə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini həyata keçirmək;
  • Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərilməsinə təmin etmək;
  • Yarımstansiyanın elektrik avadanlığının, texnolji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularını yoxlanmaq və qüsurların aradan qaldırılmasını təmin etmək; 
  • Avadanlıqlarda istifadə edilən bütün elektrik hissələrinin yerini, funksiyasını bilmək və nasazlığını yoxlayıb aradan qaldırmaq;
  • Təmir olunması mümkün olan (texnoloji baxımdan) cihazların təmirini və sazlanmasını həyata keçirmək;
  • Güc və işıqlandırma sxemlərinə nəzarət etmək;
  • Elektrik avadanlıqlarının nasazlıqlarını ifadə edən xəta kodların və bu koda görə nasaz elementin tapılmasını həyata keçirmək;
  • Elektrik sxemlərinin oxunması və təmir zamanı işin sxemlərə uyğun yerinə yetirilməsini təmin etmək.

İşinizi görmək üçün sizdən nələri tələb edirik?

  • Elektrik və ya Elektroenergetika üzrə ali təhsil və ya orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə 1-3 il təcrübə.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı 650 AZN (gross); 
  • İş yeri: Bakı şəhəri, MKT İK MMC Bakı Tekstil İdarəsi;
  • İş qrafiki: Növbəli iş qrafiki;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/elektrik-baki-tekstil-idaresi?sources

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar