İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
 
	- Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
 
	- İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
 
	- Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
 
	- Rərbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
 
	- Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
 
	- Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
 
	- Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;
 
Namizədə tələblər: 
	- Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə) 
 
	- Müvafiq sahə üzrə ən azı 3-5 il iş stajı
 
	- Yaş həddi 30-45
 
	- Microsoft Office, 1C proqramından sərbəst istifadə bacarığı 
 
	- Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları 
 
	- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır). 
 
	- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə biliklər
 
Əlavə məlumat: 
	- Nahar şirkət tərəfindən təmin olunur
 
	- İşçi korporativ nömrə ilə təmin olunur..
 
	- Əmək haqqı: 2000-2500 Azn
 
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Audit şöbə müdiri” Mövzu bölməsində göstərin.