Satış və marketinq şöbəsinin mütəxəssisi

  • Azal Club
  • Elanın qoyulma tarixi: 19.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Təhsil:Ali 
  • Yaş həddi: 24-35;
  • Kompüter biliyi: MS Office  (Word, Excel, Outlook, PowerPoint);
  • Azərbaycan və rus dilləri yüksək, ingilis dili yaxşı səviyyədə olmalı;
  • Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
  • Loyallıq proqramı ilə iş təcrübəsi üstünlükdür.

Namizədə tələblər:

  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
  • Analitik düşünmə qabiliyyəti; 
  • Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri görmək;
  • Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq, təqib etməyi bacarmaq;

İş barədə məlumat:

  • Müştərilər üçün təklif paketlərinin hazırlanması;
  • Şirkətlərlə korporativ danışıqların aparılması;
  • Satışların təşkili, planlaşdırılması və müqavilələrin bağlanması;
  • Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması;
  • Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların şöbə müdirinə təqdim edilməsi;
  • Müştəri bazası və yerli bazardakı trendlərin təhlilinin aparılması, müştərilərin tələblərini öncədən proqnozlaşdırılması.  

Əlavə məlumatlar:

  • Əmək haqqı: 850 AZN + bonus
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00.
  • Korporativ nömrə və danışıq balansı, görüş üçün nəqliyyat xərcləri.
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Marağında olan namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış və marketinq şöbəsinin Mütəxəssisi” sözlərini qeyd edərək [email protected]   e-ünvanına göndərmələri xahiş olunur.