İnşaatçı mühəndis

İşin təsviri

Tələblər:

  • Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
  • İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
  • Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
  • İngilis dilini  bilməsi arzuolunandır;
  • Kompüter biliklərinə (word, excel, outlook və s.) malik olmalıdır;
  • Layihələndirmə işləri üçün proqramları bilməsi arzuolunandır; (Autocad, Archicad, Tekla Structural )
  • Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
  • B kateqoriya sürücülük vəsiqəsinin olması arzuolunandır.

İş haqqında məlumat:

  • SOCAR-ın dənizdəki neft platformalarında yerinə yetirilən işlərə layihəyə nəzarət və  rəhbərlik edilməsi;
  • Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
  • Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması;
  • İşlərin yüksək keyfiyyətlə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Sahədə gündəlik yerinə yetirilən işlər haqqında məlumatın fotoşəkilləri ilə Qartal T.F. layihə koordinatoruna göndərilməsi.

İşçi üçün şərait:

  • SOCAR-ın neft platformasında işlədikdə maksimum 15 gün müddətinə dənizə ezam ediləcək. 15 gün bitdikdən sonra ofisə dönəcək, işlərini ofisdə və Qartal TF-nın metal-konstruksiya sexində davam etdirəcək. Lazım olarsa növbəlilik prinsipi ilə yenidən dəniz platformasına göndəriləcək;
  • Dənizdə neft platformasında işlədiyi günlər üçün razılaşdırılmış əmək haqqına 20% əlavə ödəniş ediləcək;
  • Bazar günü işlədiyi günlərin əmək haqqısı ödəniləcək.
  • Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
  • Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir; Dənizdə işlədikdə yemək SOCAR tərəfindən təchiz ediləcək;
  • Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
  • İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Bazar günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini e-mail adresinə,  mövzu hissəsindəİnşaatçı mühəndis” yazmaqla göndərmələri xahiş olunur.  

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011

Əmək haqqı:  700-1500 AZN

Email: [email protected]