İşin təsviri
                
                
                                
                Tələblər:
	- Yaş həddi: 22-35 yaş;
 
	- Cinsi: Kişi;
 
	- Ali təhsil (riyaziyyat,iqtisadiyyat və maliyyə  üzrə arzu olunandır);
 
	- Dil bilikləri:Azərbaycan dilini yaxşı səviyyədə,Rus dili biliyi arzu olunandır;
 
	- Komputer bilikləri: Word və Excel yaxşı səviyyədə.
 
	- İş təcrübəsi: 1 ildən yuxarı (Bank,BOKT və lombard fəaliyyəti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir);
 
	- İşgüzarlıq, aktivlik,risklərin qiymətləndirilməsi,analitik düşünmə qabiliyyəti, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
 
	- İşdə dəqiqlik və detallara diqqətlilik.
 
Vəzifə öhdəlikləri: 
	- Şirkətin struktur bölmələrində mütəmadi audit yoxlamalarının keçirilməsi;
 
	- Mövcud risklərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı tövsiyələr vermək;
 
	- Şirkətə aid strukturaların yoxlanılması məqsədi ilə ezamiyyələrdə iştirak etmək;
 
	- Yoxlamaya dair hesabatlar hazırlamaq;
 
	- Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
 
Bizim sizə təklifimiz:
	- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
 
	- Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
 
	- Gələcək karyeranızın qurulması üçün geniş şərait;  
 
Əgər peşəkar “Kredit  Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli cv mütləqdir) elektron ünvanına göndərə bilərsiz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Audit mütəxəssisi”). 
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki,yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Email: [email protected]