Təcrübəçi/Ofis administrator/Müştəri xidmətləri üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ofisin idarə olunması, ofis daxili inzibati işlərin təşkili;
  • Gələn zənglərin qəbulu və yönləndirilməsi;
  • Aviabiletlərin alışı, xaricdən gələn qonaqların qarşılanmasının təşkili, otel rezervasiyalarının təşkili;
  • Yeni müştərilərin axtarılması və müvafiq satış şöbəsinə yönləndirilməsi;
  • Müştərilərə xidmət və məhsullar haqqında məlumatlandırılması;
  • Müştərilərlə əlaqəli sənədləşdirilmə işlərinin aparılması.

Namizədə tələblər:

  • İşgüzar xanımlara üstünlük verilir;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • Məsuliyyətli və komandada işləmə qabiliyyəti;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

İş yeri haqqında məlumat:

  • İş yeri: “Master Builders Solutions Azerbaijan” MMC.
  • Ünvan: Bakı şəhəri, Xocalı pr. 55, Ağa iş mərkəzi, 12-ci mərtəbə.
  • İş qrafiki: 08:30 - 17:30 (5 günlük iş qrafiki). Lokasiya - Bakı şəhəri.
  • İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Tərcümeyi-halınızı 20 fevral 2023-cü il tarixindən gec olmamaq şərti ilə elektron ünvanına subject / mövzu hissəsində “Ofis administrator / Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.

Əlaqə üçün nömrə: +99451 250 27 00.

Email:  [email protected]

 

Master Builders Solutions Azerbaijan tərəfindən digər vakansiyalar