Ofis meneceri

  • 1 Soft
  • Elanın qoyulma tarixi: 12.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Ofis daxilində tədris alan tələbələrin qarşılanması, yönləndirilməsi və nəzarət edilməsi
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkət daxili kargüzarlıq işlərinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatının aparılması, şirkət daxili sənəd mübadiləsinin idarə olunması
  • Ofis daxili işlərin yerinə yetirilməsi
  • Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün icra edilməsinə nəzarət edilməsi

İş rejimi:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Həftə içi 5 gün (Bazar ertəsi-cümə)
  • Saat : 09:00-dan -18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Namizədə tələblər:

  • Ali təhsilli
  • Yaş həddi: 20-35
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus və ingilis dili biliyi üstünlükdür)
  • Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
  • Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı
  • Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik olmalı
  • Məsuliyyət, düzgünlük, təşəbbüskarlıq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı
  • Xoş görünüşlü və ünsiyyətcil olmalı

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Ofis meneceri” sözləri qeyd edilməlidir)

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq.

Email: [email protected] 

1 Soft tərəfindən digər vakansiyalar