Təcrübə proqramı

  • 1 Soft
  • Elanın qoyulma tarixi: 03.09.2025

İşin təsviri

*1Soft şirkəti*  mühasibatlıq sahəsində karyera qurmaq istəyən gənclər üçün Təcrübə Proqramı elan edir! 
 

Təcrübə zamanı nələr əldə edəcəksən❔

  • Mühasibatlıq sənədləri ilə real iş mühiti təcrübəsi 
  • Bank ödəniş tapşırıqlarının hazırlanması və köçürmələrin edilməsi
  • Kassa əməliyyatlarının yerinə yetirilməsi
  • Online kargüzarlıq və e-qaime portallardan istifadə edilməsi
  • E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
  • Digər gündəlik (invoys, qaimələrin yazılması, aktların hazırlanması və s.) əməliyyatların yerinə yetirilməsi.
  • Vergi və DSMF hesabatları ilə tanışlıq 
  • Mentor dəstəyi və sonda sertifikat

Tələblər: 

  • Ali  təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür)
  • Analitik təhlil qabiliyyətinə sahib olmalı
  • MS Office proqram bilikləri(Excell, Word) 

✔️Həftədə 5 gün / 11:00 – 18:00 /
✔️Ofis İnqilab (Tibb universitetinin yanı) ərazisində yerləşir
✔️Proqram ödənişsizdir, uğurlu namizəd sonda real işlə təmin olunacaq✅


Uyğun namizədlər CV lərini  "Mühasib üzrə təcrübəçi" başlığı altında   [email protected]  ünvanına göndərə bilərlər

1 Soft tərəfindən digər vakansiyalar