Əməliyyatların Monitorinqi üzrə Mütəxəssis (AML)

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 12.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Bankın istənilən formada çirkli pulların yuyulması prosesinə və terrorçuluğun maliyyələşdirilməsinə cəlb olunmasının qarşısının alınması;
  • PL/TMM sahəsində Bankın müvafiq qanun, qayda və normalarına riayət etməsində koordinasiyanın qurulması;
  • Filial və Biznes Mərkəzlərindən daxil olan PL/TMM ilə əlaqəli sorğuların cavablandırılması;
  • Gündəlik əsasda əməliyyatların PL/TMM proqram təminatı vasitəsi ilə idarə edilməsi və təyin edilmiş indikatorlar əsasında monitorinqlərin aparılması;
  • Müvafiq proqram təminatı üzrə texniki tapşırıqların verilməsi, yeni ssenarilərin yazılması və həmin proqram təminatına dair xarici təchizatçılar ilə işlərin aparılması;
  • Bank daxilində PL/TMM ilə əlaqəli tələblərin kommunikasiyası; PL/TMM ilə əlaqəli Banka daxil olan məktubların və müraciətlərin cavablandırılması;
  • Bankdaxili ümumi proseslərin və daxili qaydaların PL/TMM baxımından dəyərləndirilməsi;
  • Bankda mövcud məhsulların və yeni məhsulların PL/TMM baxımından dəyərləndirilməsi və məhsul sahibləri ilə müzakirələrin təşkil edilməsi;
  • Nəzarət fəaliyyətini həyata keçirən orqanlara təqdim etmək üçün hesabatların hazırlanması;
  • Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuların cavablandırılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: iqtisadiyyat / hüquq sahəsində (və digər uyğun sahədə) ali təhsil
  • Təcrübə: kart əməliyyatları və köçürmə sistemləri üzrə iş təcrübəsinin olması arzu ediləndir.
  • Xarici dil: ingilis və rus dili bilikləri arzu ediləndir.
  • Kompüter bilikləri: "Microsoft Office" və İT yönümlü proqramlar üzrə biliklər.
  • Digər: Azərbaycan Respublikasının hüquqi aktlarından və ümumi yerli qanunvericilik tələblərindən məlumatlı olmaq.

 

https://glorri.com/pashabank/63e22492c17128d5166d94f9-%C6%8Fm%C9%99liyyatlar%C4%B1n%20Monitorinqi%20%C3%BCzr%C9%99%20M%C3%BCt%C9%99x%C9%99ssis%20(AML)?sources

İşəgötürənin reytinqi