Korporativ katib

  • Group Motors
  • Elanın qoyulma tarixi: 12.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliklər:

  • Maliyyə hesabatları, məruzələr, qeydlər, hesab-fakturalar, məktublar və digər sənədlərin hazırlanması.
  • Zənglərin cavablandırılması, yaxud əlaqədar şəxslərə yönləndirilməsi, mesajların qəbul edilməsi.
  • Əsas haqq-hesab işlərini yerinə yetirmək.
  • Korporativ qeydləri, sənədləri və hesabatları qeydiyyata almaq və bərpa etmək.
  • Direktorlar Şurası, komitələr və rəhbərlərin nəzərdən keçirəcəyi və təqdim edəcəyi sənədlərlə bağlı məlumat araşdırmaq.
  • İclaslara hazırlaşmağa kömək etmək.
  • İclasların protokollarını dəqiq şəkildə qeyd etmək.
  • Qonaqları qarşılamaq və onların rəhbər işçilərlə görüşüb-görüşməyəcəklərinə qərar vermək.
  • Daxil olan qeydləri, materialları oxumaq və təhlil etmək, onları lazımi şəxslərə yönləndirmək.
  • Rəhbərlərin səfərlərini təşkil etmək.
  • Ofisdəki işləri yerinə yetirmək, o cümlədən təchizat vasitələrini sifariş etmək və qeydlər bazasını idarə etmək.
  • Gələn faksları, elektron məktubları və digər yazışmaları açmaq, çeşidləmək və yönləndirmək.

Namizədlərə tələblər:

  • Katib-referent, şəxsi assistent və ya digər bu kimi vəzifələrdə 1 il iş təcrübəsi
  • Xanım namizəd olmalıdır
  • MS Office proqramları üzrə peşəkar bacarıq
  • Ali təhsil (Hüquq təhsili alanlara üstünlük veriləcək)
  • İngilis (Advance level) və Azərbaycan dillərində sərbəst danışma və yazışma, rus dilinin bilməsi üstünlükdür
  • Yüksək təşkilatçılıq qabiliyyəti və vaxtın idarə edilməsi üzrə səmərəli bacarıqlar
  • Ofis alətləri və vasitələri ilə tanışlıq (məsələn: e-təqvimlər və surətçıxarma aparatları)
  • Güclü ünsiyyət yazılı və şifahi ünsiyyət bacarıqları
  • Ehtiyatlılıq və məxfilik

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Korporativ katib" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.