İşə qəbul üzrə şöbə rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cari işə qəbul prosedurlarını dəyərləndirərək onların effektivliyini və səmərəliyini artırmaq üçün gərəkli dəyişiklikləri həyata keçirmək (işin tətbiqi, “onboarding” prosesləri və s.)
  • İşə qəbul mühitini analiz edərək şirkətin İR strategiyasına uyğun gələn prosedur alqoritmini hazırlamaq;
  • İşə qəbul metriklərini daim nəzarətdə saxlamaq;
  • Yeni mənbə metodlarından istifadə edərək işə qəbul prosesini inkişaf etdirmək (sosial işə qəbul və sair);
  • İşə qəbul komandasının fəaliyyətlərinə nəzarət edərək görülən işlərin hesabatını hazırlamaq;
  • İşə qəbul mütəxəssislərinə müsahibə texnikalarını inkişaf etdirə biləcəkləri mühit yaratmaq; ehtiyyac olduqda məsləhətlər verərək iş səmərəliyinin artırılmasına dəstək olmaq;
  • Şirkətin bazardakı işçi brendini inkişaf etdirmək üçün İR strategiyasına uyğun təklif planları hazırlamaq;
  • Department rəhbərləri ilə  daimi komumikasiyada olub gələcəkdə yarana biləcək işçi ehtiyyaclarını analiz etmək;
  • Cari işçi tələblərini nəzərdən keçirərək şirkətin İR strategiyalarına uyğun iş elanlarını tərtib etmək;
  • Mütəmadi olaraq konfrans, seminar, iş sərgilərində və digər biznes tədbirlərində iştirak edərək geniş şəbəkələr qurub uzunmüddətli peşəkar əlaqələri inkişaf etdirmək;

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (İnsan resursları istiqaməti üzrə təhsili olan və sahə üzrə beynəlxalq sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir);
  • İş təcrübəsi: İşə qəbul sahəsində ən azı 3-5 il;
  • Dil bilikləri: Azərbaycan və ingilis dili -səlist, rus dili- arzuolunandır;
  • Kompüter bilikləri: MS Office (excel əla səviyyədə);
  • Sosial media və digər peşəkar şəbəkələrlə professional fəaliyyət  (Linkedln və s.);
  • Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
  • Komanda işi
  • Analtik düşüncə
  • Nəticəyönümlülük
  • Təşəbbüskarlıq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İşə qəbul üzrə şöbə rəhbəri " yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]  

İşəgötürənin reytinqi