Xərclərə Nəzarət bölməsinə Mütəxəssis

  • STP Global Cable
  • Elanın qoyulma tarixi: 09.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
  • Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
  • MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
  • ACCA sertifikatlarının olması üstünlükdür.
  • İstehsalat sahəsində mühasibatlıq təcrübəsi arzu olunandır.

Hansı işləri görəcəksiniz:

  • Məhsulların plan maya dəyərinin tərtib olunması;
  • Plan maya dəyərini təşkil edən xərc elementləri ilə bağlı əlaqəli şöbə və struktur bölmələri ilə qarşılıqlı informasiya mübadiləsi;
  • LME qiymətlərinin gündəlik nəzarədə saxlanılaraq mis və alüminium qiymətlərinin qeydə alınması və qaydalara uyğun olaraq kalkulyasiya hesabatlarının yenilənməsi;
  • Məhsullar üzrə prays-listin tərtib olunması, yenilənməsi, elektron poçt vasitəsi ilə yenilənmiş praysın lazımi ünvanlara göndərilməsi;
  • Yenilənmiş praysın ERP sisteminə işlənməsi;
  • Satışdan və digər şöbələrdən daxil olan sorğuların əsaslandırılmış şəkildə operativ cavablandırılması;
  • Maya dəyərini təşkil edən xərc elementlərinin plan fakt təhlili;
  • Layihə-dəyərləndirmə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Gündəlik tərtib olunmuş Layihə-dəyərləndirmə hesabatlarının linkləşdirilməsi;ğ
  • Struktur bölmə rəhbəri tərəfindən vəzifə ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi. 

Nə əldə edəcəksiniz?

  • Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xərclərə nəzarət üzrə mütəxəssis” yazaraq 10.03.2023- ci il tarixinədək göndərilməsi xahiş olunur. 

Email: [email protected]