İşin təsviri
Vəzifə öhdəlikləri:
- Ətraflı risk qiymətləndirmələrini aparmaq;
- Bazar tendensiyalarını, hesabatları, statistikanı və müvafiq sənədləri təhlil etmək;
- Təşkilat, onun təcrübələri və hüquqi öhdəlikləri haqqında məlumatları tərtib və təhlil etmək;
- Mövcud risklərin idarə edilməsi siyasətlərinin və protokollarını nəzərdən keçirmək;
- Daxili əməliyyatları müşahidə etmək və qiymətləndirmək;
- Risk səviyyələrini və nəticələrini qiymətləndirmək;
- Risklərin qiymətləndirilməsi hesabatlarının və təklifləri hazırlamaq və təqdim etmək;
- Maliyyə məlumatlarını və biznes əməliyyatları ilə bağlı digər məlumatları nəzərdən keçirmək;
- Daxili və xarici resurslardan risklə bağlı məlumatları toplamaq və tərtib etmək;
- Məlumatları təhlil etməklə, prosesləri müşahidə etməklə və işçilərlə söhbət etməklə potensial riskləri müəyyən etmək;
- Tapıntıları əks etdirən, potensial riskləri müəyyənləşdirən və izah edən və həll yollarını tövsiyə edən hesabatlar və təqdimatlar hazırlamaq və təqdim etmək;
- Müvafiq risk qiymətləndirmə modellərini və ya metodologiyalarını seçmək və ya tətbiq etmək;
- Analitik hesabatları (Risk Sağlamlığı İndeksi, risk hesabatları və s.) müvafiq alətlərlə avtomatlaşdırmaq;
- Verilən digər vəzifələri yerinə yetirmək.
Namizədə olan tələblər:
- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
- Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – yaxşı;
- Kompüter bilikləri: excel-yaxşı, word-yaxşı, outlook –yaxşı, 1C-yaxşı.
Şəxsi keyfiyyətlər:
- Fikrini izah etmək qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşə planlı yanaşma;
- Analitik düşüncə və problemi operativ həll etmə qabiliyyəti;
- Öz üzərində daima çalışma.
Üstünlüklər:
- Rus dili biliyi;
- İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər və sertifikatlar;
İş rejimi:
- Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
- Qeyd: Ofis Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
- Nəqliyyat (xidməti avtobus) şirkət tərəfindən təmin olunur.
https://www.azal.az/az/company/career