Ekvayrinq şöbəsinin kiçik mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 09.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Partnyorlara bankın ekvayrinq məhsulları və xidmətləri haqqında ətraflı, dolğun məlumat vermək.
  • Mövcud partnyor bazasının idarə olunması, partnyor istəklərinin çevik icra olunması.
  • Banka perspektivli müştərilərin cəlb olunması. 
  • Partnyorluq müraciətlərinin qəbulu və işin icrasına nəzarət.
  • Bazarda yeniliklərin (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi

Tələblər:

  • Ali təhsil.
  • Bankda korporativ satış üzrə minimum 1 il iş təcrübəsi. 
  • Microsoft Office proqramlarında işləmə bacarığı. 
  • Yüksək səviyyədə danışıqlar aparılması və kommunikasiya qurma bacarıqları. 
  • Analitik təhlil etmə bacarığının olması. 
  • Komandada işləmək bacarığı. 
  • Səlis azərbaycan dili bilgisi, rus və ingilis dili arzuolunandır. 
  • Məsuliyyətli və nəticə yönümlü olmalı. 
  • Operativlik və stress altında işləmək bacarığı. 
  • Ofis daxili və xaricində işləmək imkanı (ezamlar nəzərə alınmaqla).

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi