İşin təsviri
Vəzifə öhdəlikləri:
- Layihə qrupunun üzvü kimi bir və ya daha çox, sadə və orta səviyyəli layihələrdə işləmək;
- SAP HCM sistemlərini və tətbiqlərini texniki dəstək vermək;
- SAP HCM sistemlərinə nəzarət etmək və problemləri həll etmək üçün müəyyən edilmiş prosedurları yerinə yetirmək;
- SAP HCM sistemlərinin monitorinq hədlərini və alarmlarını müəyyənləşdirmək;
- SAP HCM üzrə müxtəlif hesabat formalarını hazırlamaq;
- Sistem komponentlərini səhvlərlə bağlı müntəzəm olaraq yoxlamaq, düzəlişlər aparmaq, kompleks problemləri aradan qaldırmaq və SAP sistemindən kənar sistemlərlə inteqrasiya qurmaq;
- Server və klient avadanlıqları/proqram konfiqurasiyaları kimi müştəri dəstəkləri üçün sənədləri hazırlamaq;
- Yeni SAP texnologiyalarını araşdırmaq;
- CIC İnformasiya təhlükəsizliyi tələblərinə riayət etmək.
Bilik və bacarıqlar:
- Ali təhsil (texniki sahədə);
- Verilənlər Bazası (DB) ilə işləmə bacarığı;
- Rus və İngilis dili biliyi (texniki səviyyədə mütləqdir);
- SQL-də sorğuların hazırlanması və analiz etmə bacarığı;
- SAP HCM, SAP SuccessFactors sistemində təcrübəsinin olması üstünlükdür;
- Komandada işləmək bacarığı;
- Gərgin iş rejimində işləmə, çevik qərar vermə və problemi həll etmə bacarıqları;
- Tapşırıqların texniki həllinə analitik yanaşmaq.
Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 20.02.2023-cü il tarixinədək CV-nizi göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.