İşin təsviri
                
                
                                
                Hesabat verir: Marketinq komandasının rəhbəri.
Əmək haqqı: 600
İş Qrafiki: 1-5günlər; 09:00-18:00
Vəzifə öhdəlikləri:
	- Təşkilatın brend idealları və vebsayt/SM səhifələri ilə tanış olmaq və onun məqsədlərini və kimliyini dəstəkləyən məzmun yaratmaq;
 
	- Məzmun və post yaradılması üzrə SM fəaliyyəti;
 
	- Rəqəmsal media kanallarında istifadəçi sorğu və suallarına cavab vermək;
 
	- Rəqəmsal media kanalları üçün gündəlik məzmunu təşkil etmək, redaktə etmək, dərc etmək və paylaşmaq;
 
	- Bütün növ marketinq fəaliyyətləri (Yeni məhsullar, Kampaniyalar, Press-relizlər və s.) üçün məzmunun yaradılması;
 
	- Şirkətin kommunikasiya kanalları üçün (e-poçt, SMS, Push bildirişləri və s.) məqsədyönlü məzmun istehsalında iştirak;
 
	- Veb məzmunu yaratmaq və zamanla onun effektivliyini izləmək üçün marketinq və məhsul komandası ilə əməkdaşlıq;
 
	- İl ərzində məzmunun yaradılması və çatdırılmasının bütün aspektlərini planlaşdıran məzmun marketinqi təqviminin tərtib edilməsi və ona ilboyu riayət edilməsi;
 
	- Bazarda mövcud ən yaxşı təcrübələrdən xəbərdar olmaq və rəqiblərin vebsaytlarını nəzərdən keçirmək, onların fəaliyyətlərini şirkətin fəaliyyəti ilə müqayisə etmək;
 
	- Brendin rəqəmsal media fəaliyyəti barəsində müvafiq olaraq hesabatların, təqdimatların hazırlaması və rəhbərliyə təqdim edilməsi;
 
	- Marketinq kommunikasiya ideyasını sadə və aydın şəkildə əks etdirən vizual dizayn həllərinin hazırlanması;
 
	- Orijinal qrafik dizaynlar yaratmaq (məs. Şəkillər, eskizlər və cədvəllər)
 
	- Sosial Media kanallarında yerləşdirilən vizual materialların hazırlanması.
 
Tələblər:
	- Ali təhsil (İqtisadiyyat,biznes, marketinq və s.);
 
	- Komandada işləmə bacarığı;
 
	- Rəqəmsal marketinq sahəsi üzrə minimum 1 il iş təcrübəsi
 
	- Azərbaycan və rus dillərini səlis bilmək. İngilis dili biliyi üstünlükdür
 
	- Microsoft Office proqramlarından istifadə edə bilmək
 
Müraciətlər Ünvanlanmalıdır:
İnsan Resursları üzrə menecer:Poladova Nərminə Ələnur qızı
[email protected], [email protected]