Rəqəmsal marketinq üzrə kiçik mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil (Marketinq, jurnalistika və iqtisadiyyat yönümlü digər ali təhsil ixtisaslaşması vacibdir. Rəqəmsal və sosial media üzrə sertifikatlar üstünlükdür.);
  • Rəqəmsal və sosial media marketinqi sahəsində 1 ildən az olmayan təcrübəsi olmalıdır;
  • Rəqəmsal marketinqin əsasları barədə məlumatlı olmalıdır;
  • Meta Business Manager və İnstagram Business platformalarında, Google Ads, Youtube Creator Studio, Linkedin kimi platformalarda alətləri bilməli, təqdim edilə biləcək təcrübəsi olmalıdır;
  • Azəbaycan dilində düzgün qrammatik yazı vərdişinə malik olmalıdır. Rus dili biliyi əlavə üstünlükdür;
  • Azərbaycan dilində mətn kontentinin (copywriting) hazırlanması üzrə bacarığın olması xüsusi üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Veb səhifələrin inkişaf etdirilməsində iştirak edəcək;
  • Müəyyən sosial səhifələr və layihələr üzrə post plan hazırlayacaq;
  • Dizaynerlə birgə kontentin hazırlanmasında iştirak edəcək;
  • Mətnləri hazırlayacaq;
  • Plan üzrə paylaşımlar edəcək;
  • Paylaşımların ödənişli təşviqatını təşkil edəcək;
  • Digər marketinq aktivliklərində də iştirak edəcək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 600-800 AZN 
  • İş qrafiki : Tam iş günü 5 gün, (Bəzi hallarda şənbə günü növbəli iş qrafiki tətbiq oluna bilər)
  • İş saatları: 08:30-17:30.
  • İş yeri:Çinar Park (Ə.Rəcəbli)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email:  [email protected]