Aşpaz

İşin təsviri

Əsas vəzifələr:

  • Yeməkxananın fəaliyyəti, məktəblilər və işçi heyəti üçün müvafiq olan menyuların işlənib hazırlanması.
  • Mətbəxdə bütün müxtəlif vəzifələr üzrə biliklərə malik olmaq, mətbəxlə bağlı mütəmadi təlimlər keçirmək.
  • Hesabat görüşləri və iş növbəsindən əvvəl iclaslar keçirmək, onların effektiv olması və zəruri hallarda keçirilməsini təmin etmək.
  • Plana uyğun olaraq, həftəlik yeməkxana xidməti və şöbə rəhbərlərinin iclaslarında iştirak etmək.
  • İşçilər arasında ünsiyyəti müsbət qurmaq, eyni zamanda elan lövhələri,  qeydiyyat jurnalları, təhvil-təslim hesabatları və s. aparılmasında və istifadə edilməsini təmin etmək.
  • Hər yaş səviyyəsinə uyğun(1-11ci siniflər) menyuları hazırlamaq, təsdiqlənmiş menyuya əsasən yeməklərin hazırlanmasına nəzarət etmək
  • Hazırlanmış yeməklərin keyfiyyətini təmin etmək 
  • Bazar siyahısının hazırlamaq
  • Gündəlik dükan sifarişlərini hazırlamaq 
  • Qəlyanaltı və soyuduculara gündəlik nəzarət  
  • Qida gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək;
  • Məhsulları düzgün istifadə etmək və ehtiyata nəzarət etmək.
  • Mövcud olan avadanlıqları təmiz saxlamaq və onlara qulluq etmək
  • Bütün şagirdlər və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsini təmin etmək.

Tələblər:

  • Mükəmməl ünsiyyət bacarıqları;
  • Peşəkar və uyğun işgüzar görünüş və təqdimat; 
  • Məktəb, bağça, universitetə xidmət göstərən ‘’catering’’ şirkətlərində tələbə uyğun vəzifədə minimum 3-5 il iş təcrübəsi; 
  • Öz sahəsi üzrə diplom, sertifikatlar;
  • Komanda qurma və idarəetmə;
  • Planlaşdırma və təşkilatçılıq; 
  • Problem sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və düzəldici tədbirlərin həyata keçirilməsinə kömək etmək;     
  • Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırması;
  • Kollektivdə işləmək bacarığı. 

İş şəraiti:

  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı təcrübə və bacarıq əsasında təyin ediləcəkdir.

Maraqlanan namizədlərdən mövzu yerində Baş aşpaz qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur.

Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq. 

Email: [email protected]