Satış meneceri

İşin təsviri

Satış meneceri

Namizədə tələblər:

• Ali təhsil ( İqtisadiyyat, Beynəlxalq iqtisadi münasibətlər, Beynəlxalq ticarət arzu olunandır)
• Azərbaycan,Rus, İngilis dilləri
• MS Office proqramları
• Liderlik, təşkilatçılıq və kollektivdə işləmək bacarığı
• Məsuliyyətli, diqqətli və riyazi bilgiləri olmalı
• Müstəqil və qrup daxilində işləmək bacarığı
• Daima öz üzərində işləməli, yeniliyə açıq olmalı
• Yüksək kommunikativ bacarıqlar
• Şirkətin imicini və mənafeyini qorumalı
• İşgüzar etiket qaydalarına riayət etməli
• Satış sahəsində 3-5 il staj tələb olunur
• Yaş 25-35

Vəzifə fuksiyaları:

1. Məhsulların satışına dair və həmçinin məhsulların bazarda irəliləməsinə dair metod və texnologiyaların,formaların hazırlanması
2. Bazarın ( bazarda mövcud olan tələbatın və istehlakın enib-qalxması, rəqiblərin fəaliyyət formaları ) və onun inkişaf istiqamətlərinin öyrənilməsi
3. Bazarın təhlili və bu təhlillərin əsasında satış üzrə biznes-planların işlənib hazırlanması, həyata keçirilməsi, nəzarəti, mümkün riskin və onun səviyyəsinin qiymətləndirilməsi
4. Məhsula olan tələbə dair məlumatın toplanılması, təhlili və işlənilməsi, müştərilərin tələb və ehtiyaclarına dair təhlilin aparılması
5. Potensial müştərilərin müəyyənləşdirilməsi, onlarla işgüzar əlaqələrin qurulması
6. Məhsullar haqqında maksimal məlumata sahib olmalı ( onun xassə və keyfiyyəti haqqında )
7. Müştərilərə məhsullar haqqında ümumi məlumatın yüksək səviyyədə verilməsi
8. Məhsullara qiymət qoyulması, onun dəyişilməsi prosesində iştirak, müxtəlif
faktorlardan asılı olaraq qiymətlərdə güzəşt və endirim sxemlərinin hazırlanması və onun rəhbərliyə təqdim edilməsi
9. Satışın fəallaşdırılması, reklam kompaniyalarında iştirak və buna dair təkliflərin verilməsi
10. Satış həcminin təhlili, bu təhlillər əsasında hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
11. Müştərilər haqqında məlumat bazasının yaradılması, mütəmadi olaraq bazanın yenilənməsi
12. Tabeçilikdə olan işçilərin vəzifələrinin müəyyənedilməsi və onların yerinə yetirliməsinə nəzarət, müntəzəm olaraq təlimlərin keçirilməsi
13. Satışda motivasiya sisteminin tətbiq edilməsi və həyata keçirilməsi

[email protected]