Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 06.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Xidmət/məhsul və müştəri qruplarının dövriyyəsinin, gəlirliliyinin təhlil olunması üçün müxtəlif analitik hesabatların hazırlanması;
  • Alternativ xidmət kanallarının, o cümlədən terminal şəbəkəsi, məsafədən bankçılıq və rəqəmsal bankçılıq xidmətlərinin səmərəliliyinin təhlili;
  • Müştəri davranışlarının təhlil olunması məqsədi ilə müxtəlif analitik hesabatların hazırlanması;
  • Aidiyyatı struktur bölmələrlə birlikdə müştəri bazasının seqmentləşdirilməsi və satışların səmərəliliyinin ölçülməsi;
  • Bankın biznes tərəfdaşları ilə əməkdaşlıq şərtlərinin müəyyən olunmasında iştirak və müvafiq şərtlərin mütəmadi Bank üçün səmərəliliyinin təhlili;
  • Bankın fəaliyyətinin müxtəlif sahələrini əhatə edən istiqamətlər üzrə təhlillər aparılması və analitik hesabatların hazırlanması;
  • Bankın əməliyyat tariflərində nəzərdə tutulan əlavə və dəyişikliklərin layihəsinin hazırlanması və təhlil edilərək aidiyyatı üzrə müzakirəyə təqdim olunması;
  • Müştərilərin xidmət və məhsul şərtlərinə dair fərdi müraciətlərinin təhlili.

Tələblər:

  • Magistr təhsilin olması;
  • Ən azı 2 il biznes analitikası sahəsində və ya bankda iş təcrübəsi;
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • Peşəkar səviyyədə MS Excel-dən istifadə bacarığı, SQL proqramlaşdırma dili üzrə biliklərin olması arzuolunandır;
  • Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.

İşəgötürənin reytinqi