Marka meneceri

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 05.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
  • Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
  • Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
  • İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
  • Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
  • Bazarda məhsulun yayımını izləmək;
  • Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
  • Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
  • Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
  • Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək;
  • Kampaniyalar hazırlamaq və onların həyata keçirilməsini izləmək;
  • Vitrin və stendlərin, reklam vasitələrinin hazırlanmasını təmin etmək;
  • Rəqib şirkətlərin fəaliyyətini, kateqoriya siyasətini izləmək və ehtiyac olduqda rəhbərliyə müvafiq təkliflər vermək;
  • İş fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil;
  • Minimum 3 il marketinq, satış sahəsində iş təcrübəsinin olması;
  • Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli; 
  • Yüksək riyazi biliklərə malik olmalı;
  • Azərbaycan və rus dillərində səlis danışma bacarığı (İngilis dili üstünlükdür);
  • MS Office kompüter proqramından (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır
  • Nahar ilə təmin edilir

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Marka meneceri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

Email: [email protected] 

İşəgötürənin reytinqi