Korporativ müştərilər üzrə menecer

  • Mobilex
  • Elanın qoyulma tarixi: 01.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərlə görüşlərin təşkili, xidmətə dair təqdimatların həyata keçirilməsi, yeni korporativ müştərilərin xidmətə cəlb edilməsi;
  • Əməkdaşlıq müqavilələrininin hazırlanması və prosedura uyğun rəsmiləşdirilməsinin təmin olunması;
  • Portfeldəki mövcud müştərilərlə münasibətlərin davamlılığının təmin edilməsi, korporativ müştəri loyallığının təmini üzrə tədbirlərin həyata keçirilməsi;
  • Potensial müştərilərlə aparılan danışıqların, göndərilən/təqdim olunan təkliflərin, işgüzar görüşlərin və nəticələrinin məlumat bazasında qeyd edilməsi, müştəri bazasının analizi, birbaşa rəhbərə dövri hesabatların təqdim edilməsi;
  • Müştərilərə göstərilən xidmətin nəzarətdə saxlanılması, müştəri sorğularının operativ cavablandırılması və yüksək müştəri məmnuniyyətininin qorunması;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların effektiv təşkili.

Axtardığımız namizəddə görmək istədiyimiz səriştələr:

  • Ali təhsil
  • Korporativ satış sahəsi üzrə 2 il iş təcrübəsi
  • Biznes danışıqları aparmaq və təqdimat bacarığı
  • İşə yaradıcı yanaşma, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı
  • Ən az bir xarici dildə ünsiyyət bacarığı (rus və ya ingilis dili)
  • MS Office proqramlarından effektiv istifadə bacarığı

Əmək şəraiti:

  • İş saatları: 10:00-18:00 (Şənbə günləri 10:00-16:00)
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək. 
  • Ünvan: Atatürk prospekti, Akademik Həsən Əliyev küçəsi.

Biz sizə nə təklif edirik:

  • Qanunvericiliyin tələblərinə uyğun rəsmi qeydiyyat.
  • Bazar rəqabətli, artan əmək haqqı sistemi əsasında yüksək bonus.
  • Şirkətin yeni layihələrinin həyata keçirilməsində aktiv iştirak etmək imkanı.

Əgər özünüzü sahə üzrə bacarıqlı hesab edirsinizsə sizinlə çalışmağa məmnun olarıq. Komandamızın yeni üzvü olmaq qərarına gəlmisinizsə CV-lərinizi “Korporativ müştərilər üzrə menecer” başlığı ilə qeyd edilən [email protected] elektron poçt ünvanına göndərə bilərsiz.