İnvestisiya şöbəsinin müdiri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 01.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Potensial investisiya imkanlarını, yeni maliyyə alətlərini təhlil edərək investisiya gəlirlərinin maksimallaşdırılması və portfel risklərinin azaldılması istiqamətində işlərin aparılması;
  • Pul vəsaitlərinin hərəkətini, debitor və kreditor borclarını izləyərək Şirkətin üzləşə biləcəyi valyuta risklərinin müəyyənləşdirilməsi və riskləri önləyici tədbirlərin görülməsi;
  • Likvidlik risklərinin qarşısının alınması üçün gözlənilən ödənişlərə nəzarət və potensial likvidlik ehtiyaclarını və artıqlığını müəyyənləşdirərək lazımi tədbirlərin görülməsi;
  • Baş verən iqtisadi dəyişikliklərə dair məlumatlı olmaq və iqtisadi təhlillər apararaq investisiyə fəaliyyətini formalaşdırmaq;
  • İnvestisiya portfelinin effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində digər struktur bölmələrlə əməkdaşlıq etmək;
  • Cəmiyyətin Strateji Plan və illik büdcə planlarının hazırlanmasında iştirak etmək və onun tətbiq olunmasını təmin etmək;
  • İnvestisiya portfelinin təhlükəsizliyini təmin etmək məqsədilə Bank/Emitentlərin və investisiya aktivlərinin iqtisadi və maliyyə durumu ilə bağlı mütəmadi monitorinq aparmaq, Bank/Emitent və aktivlərin risk dərəcəsində dəyişikliklər olduğu təqdirdə vəsaitlərin çıxarılması ilə bağlı İdarə Heyəti və Komitəyə bu haqda məlumat və təklif təqdim etmək;
  • Cəmiyyət investisiya portfelin haqqında mütəmadi olaraq İdarə Heyəti, Komitə və digər səlahiyyətli struktur bölmələrə hesabat təqdim etmək;
  • İnvestisiya fəaliyyəti ilə bağlı müqavilələrin Şirkət mənafeyinə uyğun şəkildə, investisiya qərarlarına uyğun şəkildə tərtib olunmasına və gecikməsiz imzalanmasına nəzarət;
  • Cəmiyyətin əməliyyat fəaliyyətinin dayanaqlığını təmin etmək məqsədi ilə pul axınlarının effektivliyini təmin etmək;
  • Şöbəyə aid limitlər çərçivəsində sərbəst vəsaitlərin effektiv şəkildə yerləşdirilməsini təmin etmək;
  • Komitə və Cəmiyyətin digər səlahiyyətli orqanları və şəxslərinin sərbəst vəsaitlərin yerləşdirilməsi ilə bağlı qərarlarının icrasını təmin etmək;
  • Cəmiyyətin sərbəst vəsaitlərinin Nəzarətedici orqanın qüvvədə olan tələbləri, Cəmiyyətin İnvestisiya siyasəti, qayda və limitləri çərçivəsində optimal yerləşdirilməsi ilə bağlı Komitəyə təkliflər təqdim etmək;
  • Cəmiyyətin investisiya siyasətinin, qaydalarının və digər investisiya fəaliyyəti ilə bağlı normativ xarakterli sənədlərin hazırlanmasında rəhbərlik etmək və həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə/İnvestisiya sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla.
  • Üstünlüklər: Eviews, R və ya Alteryx Proqramlaşdırma dillərindən istifadə bacarığı, CFA və ya FRM sertifikatlarında nailiyyət, Rus dili: orta.
  • Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla, MS PowerPoint: əla.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə, planlaşdırma. 

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

https://pasha-life.az/en/about/karyera/

İşəgötürənin reytinqi