İşin təsviri
                
                
                                
                Tələblər: 
	- Cins: kişi;
- Yaş həddi: 35 – 50;
- Ali təhsil;
- Logistika sahəsində idarəetmə üzrə azı 3 il iş təcrübəsi mütləqdir (tikinti sferası);
- Analitik düşünmə, düzgün qərar qəbul etmək qabiliyyəti; 
- Planlaşdırma, təhlil və idarəetmə bacarığı;
- Yüksək ünsiyyət qurmaq bacarığı;
- Etibarlılıq;
- Məsuliyyətlilik;
- Detallara fikir vermə;
- Tələbkarlıq; 
- Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dili– yaxşı səviyyədə;
- Kompüter bacarıqları: MS Office  - sərbəst istifadəçi. 
Vəzifə öhdəlikləri:
	- Logistika işinin təşkili və idarə olunması;
- Daşınmada xərcləri və itkilərin minimuma salınması üçün tədbirlər planının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Avtomatlaşdırılmış logistika proseslərinin idarə olunması;
- Sifarişlərin çatdırılması zamanı yarana biləcək problemlərin qarşısının öncədən alınması üçün müvafiq planların hazırlanması və tətbiqi;
- Ən optimal nəqliyyat yolunun təyin edilməsi və nəqliyyatın idarə olunması sisteminin tətbiqinin təşkili;
- Sahələrlə sıx əlaqədə olmaqla sifarişlərin mütəmadi planlanması və qəbul edilməsi prosesinin izlənilməsi;
- Logistika üzrə illik büdcənin hazırlanması və izlənilməsi;
- Logistika proseslərinin maksimum şəkildə optimallaşdırlması;
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlığın qurulması;
- Nəqliyyat və gömrük sənədləri ilə işin aparılması, bütün zəruri icazələrin hazırlanması;
- Ödənişlərin planlaşdırılması və icrasının izlənilməsi;
- Bazar qiymətlərinin monitorinqi, güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi.
İş şəraiti:
	- İş yeri: Abşeron rayonu, Məmmədli kəndi;
- İş rejimi: 6 günlük, şənbə 09:00 -13:00;
- Korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı: 1500 - 2000 man.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Yalnız vakansiyaya uyğun olan namizədlərlə əlaqə saxlanılacaq, digər CV-lər  bazamızda müvafiq vəzifə dəyərləndirilməsi üçün saxlanılacaq.
Email: [email protected]