SƏTƏM üzrə baş mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir;
  • Müəssinin ərazisində xüsusi yanğından mühafizə vasitlərinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır.
  • Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyə, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təhlükəsizlik texnikası və əməyin mühafizəsi barədə Cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət və qəbul olunmuş qərarların icrasını təmin edir;
  • Tikintidə istifadə olinan texnikaların istismarı və təmiri zamanı SƏTƏM qaydalarına əməl olunmasına nəzarət edir;
  • Təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün planların hazırlanmasında iştirak edir;
  • Təbii mühitin qorunması, təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsindəki fəaliyyətini təhlil edir və müvafiq arayış və hesabatlar hazırlayır;
  • İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət edir;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət edir;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan rüblük və illik hesabatları hazırlayır və təqdim edir;
  • Müvafiq struktur bölmələri ilə birlikdə təhlükəsizlik qaydaları və normaları üzrə yeni layihələrin, standartların və digər sənədlərin baxılmasını təşkil edir və müşavirə  keçirir;
  • Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində, əməyin mühafizəsi tələblərinə müvafiq ış yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərir;

Necə müraciət etməli:

Maraqlanan şəxslərin öz CV-lərini email ünvanına “SƏTƏM üzrə baş Mütəxəssis” yazmaqla göndərmələri xahiş olunur.

Son tarix: 15 Fevral 2023-cü il.

Grand Logistics Center tərəfindən digər vakansiyalar