İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq;
İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək;
Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;
Strateji və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək;
Ziyarətçilər və qonaqlar üçün nəzərdə tutulmuş giriş təlimatı, işə götürülənlərlə isə ümumi təlimatları aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
Xadimə, fəhlə, mühəndis, sürücü və digər texniki personalın əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması və attestasiya komissiyasının işində iştirak etmək;
Xidmətlərə təhlükəsizlik texnikası üzrə təlimatların işlənib hazırlanmasında metodiki köməklik etmək;
İş zamanı baş vermiş qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub, təklif və şikayətlərinə baxmaq və səlahiyyətləri daxilində lazımi ölçülər götürmək;
Şirkətin Direktoru və aidiyyəti üzrə struktur bölmə rəhbərlərinə logistika əməliyyatları zamanı əməyin mühafizəsi və sanitariya qaydalarını pozan işçilər barədə məlumat vermək;
Fəaliyyəti ilə əlaqədar mövcud forma və qaydalara uyğun olaraq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Şirkətin işçi heyətinə bəlli bir dövrdən bir (ildə bir dəfədən az olmamaqla) fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı nəzəri və praktiki təlimlər keçmək;
SƏTƏM üzrə Baş Mütəxəssis aşağıda qeyd olunanlara nəzarət etməlidir:
Sağlam və təhlükəsiz iş şəraiti təmin etmək üçün tədbirlərin həyata keçirilməsinə;
Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
Aspirator və havalandırma sistemlərinin işləməsinə;
Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə, onların işçilər tərəfindən istismar qaydalarına;
İş yerlərində daimi təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
İşçilərin əməyin mühafizəsi üzrə təlimlərin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
Əməliyyatlar zamanı baş vermiş qəza və bədbəxt hadisələrin hesabatının aparılmasına və araşdırılmasına;
Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasını təmin etmək.
Vakansiya üzrə tələblər
Ali təhsilinin olması;
Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
Grand Logistics Center tərəfindən digər vakansiyalar