Kredit inzibatçılığı üzrə mütəxəssis

  • MCB BOKT
  • Elanın qoyulma tarixi: 30.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 800 manat 

Müqavilə şərti: Daimi.

Vəzifə öhdəlikləri:

  • Kredit müraciətlərinin icrası məqsədilə tələb olunan sənədlərin hazırlanması, imzalanması, təhvil verilməsi və təhvil alınmasını həyata keçirmək; 
  • Kredit əməliyyatlarının icrası, lizinq obyektinin müvafiq dövlət orqanlarında qeydiyyatı, sənədləşdirilməsi və müştərilərə təhvil verilməsi;   
  • Kredit əməliyyatları ilə əlaqədar olan sənədlərin elektron və çap formada arxivləşdirilməsi; 
  • Tələb olunan hesabatların hazırlanması və təqdim olunması; 
  • Müştərilərin müraciətlərinə uyğun olaraq tələb olunan sənədlərin hazırlanması və təqdim olunması;    
  • Tələb olunan digər gündəlik tapşırıqların icra olunması;  

Tələblər: 

  • Cinsi - Kişi
  • Təhsil- Ali
  • Yaş həddi- 22-35
  • Müvafiq və ya oxşar sahədə təcrübə; 
  • Müştərilərlə və tərəfdaşlarla şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;  
  • Azərbaycan dili şifahi və yazılı -səlis, ingilis dili şifahi və yazılı orta səviyyədə; 
  • Kompüter bilikləri;
  • Məsuliyyət və dəqiqlik; 
  • “B” kateqoriyaya aid sürücülük vəsiqəsi olanlara üstünlük verilir;
  • Hərbi xidməti bitirmiş və ya xidmətdən möhlət hüququ olanlar;

Göstərilən tələblərə cavab verən namizədlər 15.02.2023 tarixə qədər CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-ləri seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.