İşin təsviri
                
                
                                
                Əsas vəzifə öhdəlikləri:
	- Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək,
 
	- Audit planları və proqramları əsasında təchizat sahəsində daxili audit yoxlamalarını aparmaq və Audit hesabatlarının hazırlamaq,
 
	- Bazar qiymətlərinə (daxili və xarici) tam bələd olmaq və satınalma proseslərində analizlər aparmaq,
 
	- Satınalma prosesinin əlverişli şərtlərlə həyata keçirildiyini nəzarətdə saxlamaq,
 
	- Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək, Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq  risklərinin qiymətləndirilməsini aparmaq,
 
	- Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək.  
 
Seçim meyarları:
	- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il (istehsalat təcrübəsi üstünlükdür)
 
	- Təhsili/ixtisası: Ali təhsil  (Menecment, İqtisadi sahələr üzrə üstünlükdür)      
 
	- Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə)
 
	- Dil bilikləri: İngilis dili (Rus dili biliyi üstünlükdür)
 
	- Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)  
 
	- Cins: Bəy namizədlərə üstünlük veriləcək.
 
İş şərtləri:
	- Struktur: Risklərin idarə edilməsi şöbəsi
 
	- İş rejimi: 5 gün 09:00 – 18:00
 
	- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
 
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.  
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Audit üzrə aparıcı mütəxəssis (təchizat)” başlığı altında göndərmələri xahiş olunur
Email:  [email protected]