Hüquq departamentinin direktoru

  • Resant Group
  • Elanın qoyulma tarixi: 27.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlər üzrə rəylər verilməsi işinin təşkili;
  • Cəmiyyətin fəaliyyəti zamanı hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi;
  • Qanunvericiliyin tətbiqi ilə bağlı Cəmiyyətin struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
  • Cəmiyyət adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
  • Cəmiyyətin cəlb edildiyi məhkəmə mübahisələrində mənafelərin müdafiəsinin təşkili;
  • Sığorta hadisələrinin tənzimlənməsi işinin təşkili və bu sahəyə nəzarət edilməsi;
  • Cəmiyyətə daxil olan və xaric olan sənədlərin dövriyyəsi, saxlanılması və arxivləşdirilməsi işinin təşkili;
  • Cəmiyyətin daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılması işinin təşkili; 
  • Qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilməsi işini təşkili;
  • Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
  • Hüquqi təminat, korporativ hüquq, sığorta hadisələri və kargüzarlıq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
  • Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.

Namizədə dair tələblər:

  • Ali hüquqi təhsil
  • Qadın namizədlər
  • Yaş həddi : 35-45 yaş
  • Mülki, əmək, inzibati qanunvericilik sahəsində biliklər.
  • Mövcud sahədə –  5 ildən artıq iş təcrübəsi 
  • Azərbaycan dili, İngilis dili yaxşı səviyyədə, Rus dili yaxşı səviyyədə
  • Analitik düşüncə

 Maraqlanan namizədlər öz CV-ləri Mövzü hissəsinə “Hüquq departamentinin direktoru“ qeyd etməklə göndərə bilərlər. 

Email:  [email protected]

 

İşəgötürənin reytinqi