Vergi uçotu üzrə mütəxəssis

İşin təsviri

Tələblər: 

  • Ali iqtisadi (iqtisadiyyat, maliyyə) təhsil;
  • İxtisas üzrə ən azı 5 il iş stajı;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyini bilmək;
  • Vergi, sığorta və digər məcburi dövlət haqları ilə bağlı qanunlar və digər normativ hüquqi aktları haqda biliklər;
  • Mühasibat uçotu və hesabatla bağlı ölkə qanunları,vergi məcəlləsi və digər qanunlar  haqqında biliklər;
  • Vergi, sığorta və statistik hesabatlarla bağlı ölkənin internet resursları ilə işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Bankın vergi uçotunun aparılması;
  • Dövlət vergi orqanlarına və sosial sığorta orqanlarına dövri hesabatların hazırlanması və təqdim edilməsi;
  • Vergi öhdəliklərinin vergi orqanlarına vaxtında köçürülməsinə nəzarət;
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin və digər dövlət orqanlarının internet resursları ilə işləmək;
  • Əsas vəsaitlərin, azqiymətli və köhnəlmiş əşyaların uçotunun aparılması;
  • Əsas vəsaitlərin illik köhnəlməsinin hesablanması və mövcud proqram sistemində əks olunması;
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin və digər dövlət orqanlarının internet resursları ilə işləmək.
  • Bütün növ vergi bəyannamələrin tərtib edilməsi və göndərilməsi
  • Vahid Bəyannamə hesabatının göndərilməsi

İş saatları: Həftə içi 5 gün, şənbə günü qısaldılmış iş rejimi. 

Əmək haqqı razılıq yolu ilə

Ünvan: Bakı şəhəri, Xətai ray. Xocalı pr. 84 D

CV-lərinizi elektron ünvana “Vergi uçotu üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz mütləqdir.

Email: [email protected]